...

Azərbaycan Səhiyyə Nazirliyi "quş qripi"nin profilaktikası üçün tibb avadanlığının satınalması üzrə tender elan edib

Cəmiyyət Materials 21 İyul 2006 19:01 (UTC +04:00)

Azərbaycan Səhiyyə Nazirliyi "quş qripi"nin profilaktikası ilə əlaqədar tibbi laboratoriya avadanlığının satınalması üzrə tender elan edib.

Trend in Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu tədbir BİA tərəfindən ayrılmış kredit vəsaitləri hesabına səhiyyə islahatı layihəsi çərçivəsində həyata keçiriləcək.

Tenderdə iştirak etmək istəyənlər 100 ABŞ dolları ödəməli və avqustun 24-ə qədər öz təkliflərini təqdim etməlidirlər. Tender proseduru avqustun 24-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti