...

USAID Goranboy şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin açılışını maliyyələşdirib

Cəmiyyət Materials 24 İyul 2006 13:41 (UTC +04:00)

USAID Goranboy şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin açılışını maliyyələşdirib.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, iyulun 25-də mərkəzin açılış mərasimi keçiriləcək.

Uşaq və Ailələrə Dəstək Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə yaradılıb və Uşaqların Xilası Federasiyası və Azərbaycana Birgə Yardım təşkilatlarının əməkdaşlığı ilə Uşaqlara İcma-əsaslı Dəstək Proqramı çərçivəsində həyata keçirilir.

1 oktyabr 2004-cü ildən başlanan 3 illik "Uşaqlara İcma-Əsaslı Dəstək Proqramı"nın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyasını təbliğ etməkdir. Proqramın həyata keçirildiyi müddət ərzində Şüvəlan (Bakı), Mingəçevir və Goranboyda müasir tələblərə cavab verən 3 müxtəlif yeni Uşaq və Ailələrə Dəstək Mərkəzi yaradılıb.

Xəbər lenti

Xəbər lenti