...

20 bakalavr ARDNŞ-in vəsaiti hesabına təhsilini xarici ölkələrin ali məktəblərində davam etdirəcək

Cəmiyyət Materials 27 İyul 2006 11:50 (UTC +04:00)

Azərbaycanın ali məktəblərində magistraturalara qəbul imtahanlarında 80-dən çox bal toplamış 20 bakalavra xarici ölkələrin nüfuzlu ali məktəblərində magistr dərəcəsi almaq imkanı veriləcək.

TQDK-dan Trend ə verilən məlumata görə, bu günlərdə dövlət komissiyası belə bakalavrlar üçün xüsusi müsabiqə keçirəcək.

TQDK-dan bildirilib ki, ARDNŞ 20 bakalavrın xaricdə təhsil almasına sponsorluq edir. Burada onlar neft sahəsi üzrə təhsil alacaq.

Müsabiqədən keçmiş namizədlər xarici dildən bir imtahan verəcək.

Xəbər lenti

Xəbər lenti