...

Yunan- Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi FILA seminarında iştirak edir

Cəmiyyət Materials 1 Dekabr 2006 15:36 (UTC +04:00)

Yunun-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Elçin Cəfərov dekabrın 1-də Madriddə başlayan Beynəlxalq Güləş Federasiyasının (FILA) himayəsi altında keçirilən məşqçi seminarında iştirak edəcək.

Mütəxəssisin Pireneyə getməzdən əvvəl Trend ə verdiyi xəbərə görə, forumda dünyanın bir çox ölkələrindən aparıcı məşqçilər iştirak edəcək. Onlar öz təcrübələri ilə bölüşəcək, eləcə də idmanın bu növünün inkişaf perspektivlərini müəyyən edəcəklər. Həm də güləşin daha çox baxımlı olması üçün mövsüm ərzində onun qaydaları bir neçə dəfə dəyişib.

"Təşkilatçılar seminarı əbəs yerə ilin sonunda keçirmirlər, axı o vaxta qədər beynəlxalq mövsüm sona çatacaq və məşqçilər bu və ya digər məsələləri müzakirə etmək imkanı əldə edəcəklər", - deyə E.Cəfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti