...

Boşalmış tezlik resurslarına müsabiqə rəsmən elan olundu

Cəmiyyət Materials 2 Dekabr 2006 11:36 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının "Televiziya və radio yayımı haqqında" Qanunun 22.4-cü maddəsinin tələblərini rəhbər tutaraq ANS-in yayımlandığı tezlik resurslarına elan etdiyi müsabiqə bu gün - dekabrın 2-də rəsmi qəzetlərdə dərc olunub. Trend in məlumatına görə, dərc olunmuş elanda televiziya, radio üzrə tezliklər, həmçinin kimlərin müsabiqədə iştirak edə bilməməsi, müsabiqədə iştirak üçün lazım olan sənədlər barədə məlumat verilir.

Elanda müsabiqənin digər şərtləri də göstərilib, ödəniş etmək üçün Şuranın hesab nömrələri təqdim olunub. Müsabiqə üçün təqdim olunan sənədlər 5 dekabr 2006-cı ildən 5 yanvar 2007-ci il tarixədək Teleradio Şurasının binasında qəbul ediləcək.

Qeyd edək ki, müsabiqədə iştirak üçün artıq şifahi formada müraciət edənlər var. Lakin ANS şirkətlər qrupu həmin tezliyə elan olunan müsabiqədə iştirakdan imtina edib.

Xəbər lenti

Xəbər lenti