...

AFFA yığmanın baş məşqçisi Şahin Diniyevə yeni müqavilə təklif edəcək

Cəmiyyət Materials 2 Dekabr 2006 12:44 (UTC +04:00)

AFFA Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyevə müqavilənin uzadılması ilə bağlı təklif etmək niyyətindədir.

Assosiasiyanın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, ilin sonuna qədər məşqçi ilə yeni razılaşma imzalanmalıdır, belə ki, köhnə müqavilənin müddəti artıq bitib. AFFA Ş.Diniyevlə Avropa-2008 çempionatının yığma turniri başa çatana qədər müddətin uzadılmasını nəzərdə tutan birillik müqavilə imzalamışdı. F.Əsədov deyib: "Hazırkı məşqçinin öz işini davam etməsində və başladığı işi sona çatdırmasında biz maraqlıyıq. Ona görə Ş.Diniyevin tutduğu vəzifədən getməsi gündəlikdə duran məsələ deyil".

Xəbər lenti

Xəbər lenti