...

Olimpiya çempionu Fərid Mansurov belindən aldığı zədəni Almaniyada müalicə etdirir

Cəmiyyət Materials 2 Dekabr 2006 12:47 (UTC +04:00)

Yunan-roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov hazırda Almaniyadır. O, həmin ölkədə belindən aldığı zədə ilə bağlı müalicə kursu keçir.

Trend xəbər verir ki, atlet bir neçə ay əvvəl alman torpağında əməliyyat olunub. Əməliyyatdan sonra o, yüngül fərdi məşqlərə başlayıb. Və indi Fərid Mansurovu müalicə edən həkimlər pəhləvanın xalçaya qayıtma vaxtına dair suala qəti cavab verməlidirlər. Həm də F.Mansurov zədə aldığından iki mövsümdə çıxış etməyib və beynəlxalq yarışlar üçün darıxıb.

Eyni zamanda Dünya və Avropa çempionatları da daxil olmaqla, bütün rəsmi yarışların sona çatdığını nəzərə alaraq, yunan-roma güləşçisi xalçaya gələn ildən tez çıxmayacaq.

Xəbər lenti

Xəbər lenti