...

Bakıda rus dili və ədəbiyyatı festivalı açılıb

Cəmiyyət Materials 2 Dekabr 2006 13:47 (UTC +04:00)

Azərbaycanda Rusiya İlinin bağlanması münasibətilə dekabrın 2-də Bakıda rus dili və ədəbiyyatı vestivalı başlayıb. Bu barədə Trend ə Bakı Slavyan Universitetindən məlumat veriblər.

Dekabrın 6-na qədər Bakı Slavyan Universitetində davam etdiriləcəyi gözlənilən festival proqramında həmçinin rus dili və ədəbiyyatı üzrə biliklərin yoxlanılması ilə bağlı yaradıcı müsabiqələr, dilşünaslıqla bağlı aktual məsələləri əhatə edən "dəyirmi masalar", rus dili tələbələri üçün master-klas və mühazirələrin keçirilməsi nəzərdə tutulur.

Əsas diqqət millətlərarası ünsiyyət vasitəsi kimi rus dilinin öyrənilməsi və təbliği məsələlərinə ayrılacaq. Festival çərçivəsində tədbirlərdə Rusiya ali məktəblərinin rus dili və ədəbiyyatı müəllimlərinin, görkəmli slavyanşünas alim və ədəbiyyatşünasların, eləcə də RF Təhsil və Elm Nazirliyi nümayəndələrinin iştirakı gözlənilir.

BSU-dan verilən məlumatda bildirilir ki, bu gün və sabah festival çərçivəsində Bakının 134 və 160 saylı məktəblərində "dəyirmi masalar" keçiriləcək, festival iştirakçıları rus şairi Sergey Yeseninin Mərdəkandakı ev-muzeyini ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti