...

"Araz" futzal klubu UEFA Kubokunun elit raundunda çıxışına "Xocuva"ya qarşı matçla başlayacaq

Cəmiyyət Materials 2 Dekabr 2006 14:14 (UTC +04:00)

"Araz" futzal klubu Polşada keçiriləcək UEFA Kubokunun elit raundunda C qrupundakı çıxışına "Xocuva"ya qarşı matçla başlayacaq.

Trend in verdiyi xəbərə görə, turnirin qeydiyyatına əsasən ilk oyun günündə Arkadi Belovun yetirmələri meydan sahibləri ilə oynayacaq, bir gün sonra isə (6 dekabr) Belçikanın bu mükafatı iki dəfə qazanmış "Aksyon-21" favorit qrupu ilə görüş keçirəcək. Bağlanış günündə "Araz" Serbiyanın "Marbo" komandasını udmağa çalışacaq və yalnız bundan sonra turnir cədvəli məlum olacaq.

Qeyd etmək lazımdır ki, qrupdan "dördlərin finalı"na yalnız bir komanda çıxacaq, ona görə də seçim turnirlərində əla çıxış etmiş Azərbaycan çempionuna qoyulmuş məqsədə çatmaq son dərəcə çətin olacaq.

Xəbər lenti

Xəbər lenti