...

Məhsəti türkləri doğma yerlərə qayıtmaları ilə bağlı prosesin ləngiməsindən narahatdırlar

Cəmiyyət Materials 4 Dekabr 2006 13:16 (UTC +04:00)

Azərbaycanda yaşayan məhsəti türkləri onların doğma yerlərinə qayıtması ilə bağlı qanun layihəsinə Gürcüstan parlamentində baxılması prosesinin ləngiməsindən narahatdır. Türklərin Azərbaycan Cəmiyyətinin sədri İbrahim Burhanovun Trend ə verdiyi eksklüziv məlumatda bildirilir ki, Azərbaycanda yaşayan 70 minə yaxın məhsəti türkünün maraqlarını təmsil edən 300 nümayəndə keçirilən altıncı qurultayda bu prosesin tezləşdirilməsinə yardlım göstərilməsi xahişi ilə müraciət qəbul edib.

Müraciət Gürcüstan prezidenti və parlamentinə, Avropa Şurasına, ATƏT-ə göndərilib.

Müraciətdə deyilir: "Gürcüstan hökuməti ilə məhsəti türkləri arasında açıq dialoq mövcuddur. Məhsəti türkləri öz doğma yerlərinə qayıtmaq istəyir, lakin qanun layihəsinin Gürcüstan parlamentində müzakirəsi ləngiyir və bu, bizi narahat edir. Məhsəti türkləri əmindirlər ki, Gürcüstan rəhbərliyi və ölkə ictimaiyyəti onların doğma yerlərinə qayıtması ilə bağlı doğru qərar qəbul edəcəklər və parlament müvavfiq qərar qəbul etməklə bunu təsdiq edəcək".

Qurultayın işini şərh edərkən İ.Burhanov bildirib ki, o, yenidən Cəmiyyətin sədri seçilib. Qurultay həmçinin 23 nəfərdən ibarət yeni Şuranın tərkibini təsdiq edib. Xatırladaq ki, Azərbaycanda yaşayan məhsəti türklərinin bundan öncəki qurultayı 2000-ci ilin fevral ayında keçirilib. Həmin ilin iyul ayında isə onların Birinci Ümumdünya Qurultayı keçirilib.

Xəbər lenti

Xəbər lenti