...

Qrossmeyster Teymur Rəcəbov Deep Junior 10 kompüterinə uduzdu

Cəmiyyət Materials 4 Dekabr 2006 18:54 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Florensiyada "Bəşəriyyətin intellektual inkişafı" beynəlxalq sərgi-simpoziumunda kompüterə uduzub.

Trend ə məlum oub ki, sözügedən partiyanın gedişində idmançı şahmat proqramı yüklənmiş, öz analoqları arasında çempion olan Deep Junior 10 maşını üzərində öz üstünlüyünü saxlayıb. Teymurun heç-heçə oynamaq şansı olub, amma idmançı kompüterlə təzədən oynamaq qərarına gəlib ki, nəticədə acı məğlubiyyətlə üzləşib. Maşın T. Rəcəbovun səhvindən istifadə edib və idmançı təslim olmağa məcbur olub.

Qeyd etmək lazımdır ki, qrossmeyster üçün rəsmi mövsüm artıq bitib və o, tezliklə yeni il startına hazırlaşmağa başlayacaq.

Xəbər lenti

Xəbər lenti