...

Azərbaycanda texniki peşə təhsilin inkişafı üzrə CTZ layihəsinin realizəsi başa çatıb

Cəmiyyət Materials 5 Dekabr 2006 11:54 (UTC +04:00)

Azərbaycan Təhsil Nazirliyindən Trend ə verilən məlumatda bildirilir ki, Almaniya texniki əməkdaşlıq cəmiyyətinin (CTZ) Azərbaycanda texniki peşə təhsilinin inkişafı üzrə üçillik layihəsinin realizəsi başa çatıb.

Layihə 3 il müddətinə nəzərdə tutulub. Bu layihə istehsalatın təlimi ilə məşğul olan müəllim və ustaların ixtisasının artırılmasına yönəlmiş bir proqram olub. Layihə Mərkəzi Asiyadan - 4, Cənubi Qafqazdan -3 olmaqla 7 ölkəni əhatə edib.

Azərbaycanda layihə 50 texniki peşə məktəbini əhatə edib. Layihə çərçivəsində CTZ-in təşkil etdiyi seminarlarda 50-dən artıq pedaqoq iştirak edib.

Xəbər lenti

Xəbər lenti