...

MDB dövlətləri çap məhsulunun qarşılıqlı mübadiləsi üçün əlverişli şərait yaradılması haqqında Saziş layihəsini imzalayacaqlar

Cəmiyyət Materials 5 Dekabr 2006 16:44 (UTC +04:00)

Çap məhsulunun qarşılıqlı mübadiləsi üçün əlverişli şəraitin yaradılması haqqında Saziş layihəsi Minskdə keçirilən Dövrü mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası şuranın səkkizinci toplantısında nəzərdən keçirilir. Bu barədə Trend ə MDB İcraiyyə komitəsindən məlumat verilib.

Dövrü mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası şura üzvləri Şuranın keçən toplantısının qərarlarının yerinə yetirilmə nəticələri haqqında məlumatı, MDB dövlət başçıları Şurasının Birlik orqanları fəaliyyətinin səmərəliliyinin gələcək inkişafı üzrə tədbirlər haqqında Qərarının reallaşdırılması üzrə təklifləri nəzərdən keçirirlər.

Rusiyanın Federal gömrük xidmətindən, eləcə də Azərbaycan və Tacikistan Respublikasından MDB İcraiyyə komitəsinə əvvəllər Saziş layihəsinə dair iradların daxil olması ilə bağlı Komissiya layihəni bəyənərək, əsasən MDB İcraiyyə komitəsinə onu hazırlayıb qurtarmağı tövsiyyə edib. Sonra Şura Saziş layihəsini İqtisadi Şuranın müzakirəsinə verəcək.

Xəbər lenti

Xəbər lenti