...

Prokurorlar Hacı Məmmədova və onun bandasının əksər üzvlərinə ömürlük cəza tələb ediblər

Cəmiyyət Materials 5 Dekabr 2006 18:06 (UTC +04:00)

Dekabrın 5-də Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə məhkəmədə çıxış edən dövlət ittihamçıları Bəşir Cəfərov və Abdulla Yusifov bandanın başçısına və əksər üzvlərinə ömürlük cəza tələb edib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Prokurorlar çıxışlarında qeyd ediblər ki, banda üzvlərinin qətllərdən və adam oğurluqlarından ibarət çoxsaylı cinayətləri məhkəmə yolu ilə tam sübuta yetirilib. Bəşir Cəfərov məhkəmədən Hacı Məmmədova ömürlük, Zakir Nəsirova ömürlük, Kamil Sədrəddinova ömürlük, Fərhad Məmmədbəyova ömürlük, Aslanbek Çintamirova ömürlük, Əliqulu Quliyevə 12 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Malik Məmmədova ömürlük, Mehman Həsənova 10 il 6 ay (cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Sidek Abdulvahabova 17 il (cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Hüseyn Abdulvahabova ömürlük, Ədalət Əsədullayevə 13 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Fariz Həsənova 10 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Faiq Quliyevə 10 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Elçin Əliyevə 10 il (cəzasının 5 ilini ciddi, 5 ilini isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Elşən Mirzəyevə 10 il (cəzasını ümumi rejiml
i cəzaçəkmə müəssisəsində çəkməklə), Novruz Nuriyevə 12 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Yagir Məmmədova ömürlük, Rövşən Ağayevə 15 il (cəzasının 5 ilini Qobustan Qapalı həbsxanasında, 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), Adil Hüseynova 5 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində), Azər Əliyevə 2 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə), İbrahim Bağırova isə 3 il (cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə) müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Dövlət ittihamçısı həmçinin məhkəmədən xahiş edib ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirova verilmiş ali rütbənin (general) və dövlət təltiflərinin, həmin idarənin şöbə rəisi Kamil Sədrəddinova verilmiş xüsusi dövlət təltifinin geri alınması barədə müvafiq orqanlara təqdimat göndərilsin.

Məhkəmə prosesi dekabrın 6-da davam edəcək.

Xəbər lenti

Xəbər lenti