...

Millət vəkili G.Əhmədova: "Cinayət törədən uşaqların saxlanma müəssisələri alternativ müəssisələrlə əvəz olunmalıdır"

Cəmiyyət Materials 5 Dekabr 2006 19:15 (UTC +04:00)

"Cinayət törədən uşaqların saxlanma müəssisələri alternativ müəssisələrlə əvəz olunmalıdır". Trend in məlumtına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Respublika Uşaq Təşkilatının sədri, Milli məclisin deputatı Gülər Əhmədova bildirib.

O, qeyd edib ki, Respublika Uşaq Təşkilatının Ədiyyə Nazirliyində Yuvenal (azyaşlı uşaqlarla bağlı) Ədliyyə ilə bağlı böyük bir layihəsi hazırlanıb. Layihəyə əsasən təklif edilir ki, uşaqlar cinayət məsuliyyətinə cəlb olunursa, onların kimliyi sirr kimi saxlanmalı, həbs cəzaları alternativ cəzalarla əvəzlənməli, həmçinin bu uşaqların cinayətlərində iştirak etmiş yaşca böyük şəxslər, valideynlər də məsuliyyətə cəlb olunmalıdır: "Bu gün valideynlər hesab edirlər ki, övladlarını istəsələr məktəbə oxumağa, istəsələr maşın yumağa göndərərlər, istəsələr döyərlər. Amma bu uşaqlar sabah bizimlə eyni cəmiyyətdə yaşayacaqlar. Ona görə qanunvericilikdə valideynlərin də məsuliyyət məsələsinə baxılmalıdır. Həmçinin tezliklə uşaqların saxlandığı cəzaçəkmə müəssisələri qapadılmalı və alternativ müəssisələrlə əvəz olunmalıdır"-deyə G.Əhmədova vurğulayıb.

Millət vəkili onu da qeyd edib ki, cinayət məsuliyyətinə cəlb olunmuş uşaqları əfv etmək lazımdır. Amma onun fikrincə, bu, problemin həlli deyil. Uşaqlara yalnız bəraət vermək yox, mütləq bu sistemi davam etdimək lazımdır. Millət vəkili hesab edir ki, uşaqların reabilitasiyasında bələdiyyələr də rol oynamalıdırlar.

G.Əhmədova həmçinin qadınların üzləşdikləri zorakılıq probleminə də toxunub. Qeyd edib ki, qadınlar üçün sığınacaq evlərinin sayı artırılmalıdır: "Bu gün Azərbaycanda cəmi bir sığınacaq evi var və bu, çox azdır. Bu cür yerlər təkcə Bakıda yox, bölgələrdə də yaradılmalıdır. Sığınacaqlar əsasən zorakılıqdan qaçan qadın və uşaqlar üçün nəzərdə tutulur. Bizim qanunlarda bu məsələ əksini tapmalıdır ki, zorakılığın nəticəsi yox, səbəblərini tapmaq, ona qarşı mübarizə aparmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti