...

AFFA bütünlüklə yeni ofisə yerləşdi

Cəmiyyət Materials 6 Dekabr 2006 11:51 (UTC +04:00)

AFFA özünün yeni beş mərtəbəli qərargah-mənzilinə tam şəkildə köçüb qurtarıb və artıq yeni yerdə işə başlayıb.

Trend məlumat verir ki, Assosiasiya lazımi texniki avadanlığın yeni binaya köçürülməsi ilə əlaqədar yaranmış qısa fasilədən sonra özünün tam işini bərpa edib.

Artıq AFFA-nın bütün departamentləri lazımi avadanlıqlar, telefon şəbəkəsi, kompyuter və s.ilə təchiz edilərək fəaliyyətə başlayıb. Layihə üçün lazımi vəsait ayırmaqla ofisin tikintisində UEFA da iştirak edib.

Qeyd edək ki, əvvəllər Assosiasiyanın öz şəxsi ofisi olmadığından yer icarəyə götürürdü. Lakin artıq təşkilat tam gücü ilə fəaliyyət göstərmək üçün yeni qərargah-mənzilə sahibdir.

Xəbər lenti

Xəbər lenti