...

Vəkili DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi Kamil Sədrəddinova bəraət tələb edib

Cəmiyyət Materials 6 Dekabr 2006 14:01 (UTC +04:00)

Dekbarın 6-da Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmədə DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi Kamil Sədrəddinovun vəkili məhkəmədən onun barəsində bəraət hökmü çıxarılmasını tələb edib. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Vəkil Oqtay Gərəkməzli müdafiə nitqində bildirib ki, Kamil Sədrəddinov banda başçısı Hacı Məmmədovun ibtidai istintaqa verdiyi qərəzli ifadələr əsasında həbs edilib və ona qarşı irəli sürülmüş ittihamlar sübuta yetirilməyib.

Digər təqsirləndirilən şəxslər Fərhad Məmmədbəyovun, Rövşən Ağayevin, Yagir Məmmədovun, Musa Dabuyevin, Aslanbek Çintamirovun, Azər Əliyevin və Fariz Həsənovun vəkilləri isə öz müdafiə çıxışlarında prokrurorların həmin təqsirləndirilən şəxslər barədə məhkəmədən tələb etdiyi cəzanın ağır olduğunu bildiriblər və hakimdən həmin şəxslər barədə yüngül cəza təyin olunmasını xahiş ediblər.

Günün ikinci yarısında Hacı Məmmədovun, Zakir Nəsirovun, Elçin Əliyevin və digər təqsirləndirilən şəxslərin vəkilləri də müdafiə nitqi ilə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti