...

Azərbaycanda südəmər uşaqların yalnız 11,6 % -i ana südü ilə qidalanır

Cəmiyyət Materials 6 Dekabr 2006 17:33 (UTC +04:00)

Azərbaycanda südəmər uşaqların yalnız 11,6%-i ana südü ilə qidalanır. Bu barədə YUNİSEF-in Azərbaycandakı təmsilçisi Xana Siqner dekabrın 6-da Azərbaycan Ombudsman İnstitutunda təşkil olunmuş "Anaların və körpələrin hüquqları" mövzusunda dəyirmi masada deyib.

Beynəlxalq təşkilat təmsilçisinin sözlərinə görə, 2006-cı ildə YUNİSEF tərəfindən keçirilmiş sorğu bunu göstərib. Sorğunun nəticələrinə görə, anaların yalnız 26%-i ana südünün faydalı olduğundan məlumatlıdır. Sorğudan məlum olub ki, ana südü ilə körpələr yalnız altı aylığına qədər qidalanırlar, altıaylıqdan yuxarı körpələrə süni qidalar verirlər.

X.Siqner Azərbaycanda müvafiq qanunvericiliyin qəbul olunmasını müsbət qiymətləndirib və bunun tətbiqi ilə bağlı monitorinqlər keçirilməsi mexanizminin olmamasını da qeyd edib. X. Sinqerin sözlərinə görə, bəzən bazara müddəti keçmiş süni qida məhsulları da daxil olur.

"Anaların və uşaqların müdafiəsi məsələsi dövlətin və bu məsələ ilə məşğul olan ictimai təşkilatların diqqət mərkəzindədir" - dəyirmi masada Azərbaycanın ombudsmanı Elmira Süleymanova qeyd edib. Onun sözlərinə görə, ölkədə bu sahəni nizama salan silsilə qanunlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti