...

USAİD quş qripi ilə mübarizə avadanlıqları ilə davranmış qaydalarının öyrədilməsi üçün seminar keçirəcək

Cəmiyyət Materials 6 Dekabr 2006 19:34 (UTC +04:00)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 7-8 dekabrda quş qripi ilə mübarizə avadanlıqlarının istifadəsi ilə bağlı iki günlük seminar keçirəcək. Trend ABŞ səfirliyinə istinadən xəbər verir ki, tədbir Hyatt Regencu mehmanxanasının Kaspian B zalında olacaq.

Təlimlər aşağıdakı mövzuları əhatə edəcək: quş qripi baxımından şübhəli ərazidə işləyərkən şəxsi mühafizə avadanlıqlarından istifadə, virusu öldürmək üçün zərərsizləşdirən vasitələrdən təhlükəsiz istifadə, nümunələri laboratoriyalara daşıyarkən təhlükəsiz və düzgün iş təcrübəsinin tətbiqi.

İştirakçılar USAİD tərəfindən təqdim olunacaq lazımi avadanlıqla tanış olmaq imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti