...

Qobustan Həbsxanasındakı kamerada dustaq ölümü ilə nəticələnən yanğının səbəbləri hələ bəlli deyil

Cəmiyyət Materials 7 Dekabr 2006 14:00 (UTC +04:00)

Dekabrın 4-də Qobustan Həbsxanasındakı kamerada baş vermiş yanğın nəticəsində baş verən ölümün əsl səbəbləri hələlik bəlli deyil. Bu barədə Trend ə Qaradağ rayonunun prokuroru Tariyel Qurbanov məlumat verib.

"Yanğın səhərə yaxın 4-cü korpusda, məhkum Mustafayev Mahir Zeynal oğlunun saxlanıldığı kamerada naməlum səbəbdən baş verib. Məhkum xəstəxanaya aparılsa da, ağır yanıq xəsarətləri aldığı üçün həyatını xilas etmək mümkün olmayıb. Yanğın baş verərkən kamerada Mahir Mustafayevdən başqa məhkum olmayıb. Hazırda faktla əlaqədar cinayət işi başlanmasa da, prokurorluqda araşdırma aparılır" - deyə T.Qurbanov bildirib.

Prokurorun sözlərinə görə, hadisə yerinin müayinəsi və mərhumun meyiti məhkəmə tibb ekspertizasının Qaradağ rayon şöbəsində tibbi müayinəsi keçirilib, lakin hər iki ekspertizanın rəyləri hələlik prokurorluğa daxil olmayıb. Bu rəylər əsasında yanğının və ölümün səbəbləri müəyyən olunacaq və müvafiq tədbirlər görüləcək.

Prokuror onu da bildirib ki, Mahir Mustafayev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə ağır cinayətlərdə təqsirləndirilərək bir neçə il əvvəl ömürlük həbsə məhkum edilib.

Xəbər lenti

Xəbər lenti