...

"Bakı" və "İnter" futbol klubları özlərinə yeni arena tapıblar

Cəmiyyət Materials 8 Dekabr 2006 12:56 (UTC +04:00)

T.Bəhramov adına Respublika Stadionu mart ayına qədər bağlanmaq haqqında qərar verdikdən sonra burada oyunlarını keçirən "Bakı" və "İnter" futbol klubları özlərinə yeni arena tapıblar. Yarışların keçirilməsi üzrə AFFA Departamentinin başçısı Məlik Həsənovun Trend ə verdiyi məlumata əsasən "Bakı" ölkə çempionatında on üçüncü tur görüşünü "Karvan"a qarşı dekabrın 8-də Suraxanı qəsəbəsində yerləşən T.İsmayılov adına stadionda keçirəcək. Görüş kifayət qədər prinsipial keçəcək, belə ki, hər iki klub Milli birincilikdə qeyri-sabit oyun nümayiş etdirib və vaxtından əvvəl qeyri-rəsmi qış çempionu titulunu qazanaraq liderlik edən "Xəzər"in ardınca can atırlar.

Turnir cədvəlində beşinci yeri tutan "İnter" isə öz növbəsində Zabrat qəsəbəsində yerləşən meydanda "Şahdağ"ı qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti