...

"Barmek-Azərbaycan" şirkətinin yüksək vəzifəli 6 əməkdaşı barədə məhkəmə hökmü çıxarılıb

Cəmiyyət Materials 8 Dekabr 2006 16:00 (UTC +04:00)

Dekabrın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində "Barmek-Azərbaycan" şirkətinin yüksək vəzifəli 6 nəfər əməkdaşı barədə hökm elan edilib. Trend xəbər verir ki, məhkəmə iclasında hakim Azər Orucov sədrlik edib.

2006-cı ilin mart ayında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunan şirkətin baş mühəndisi Asif Əkbərov, sayğac quraşdırma və nəzarət idarəsinin rəisi Firudin Ağayev, onun müavini Elnur Mütəllibov, enerji alışı idarəsinin rəisi Ələsgər Ramazanov, onun müavini Rahib Musayev və Binəqədi rayonunun enerji satışı üzrə aparıcı mühəndisi Əhliman Mahmudov dövlət əmlakını mənimsəməkdə və vəzifə səhlənkarlıqlarında təqsirli bilinərək avqust ayının əvvəlində məhkəmə istintaqına cəlb olunublar.

Məhkəmənin hökmünə əsasən, Asif Əkbərov 1 il 6 ay, Firudin Ağayev 2 il, Elnur Mütəllibov 2 il, Əhliman Mahmudov 1 il 6 ay, Ələsgər Ramazanov 3 il, Rahib Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti