...

"Avropa+Bakı" radiosuna 6 illik lisenziya, "Amerikanın səsi" və "Azadlıq" radiolarına yeni tezlik verildi

Cəmiyyət Materials 8 Dekabr 2006 17:48 (UTC +04:00)

Dekabrın 8-də Milli televiziya və Radio Şurasının iclası keçirilib. Bu barədə Trend ə teleradio şurasından məlumat verilib.

İclasda "Avropa+Bakı" radiosunun və "Aygün TV"-nin fəaliyyəti üçün xüsusi razılıq - lisenziya müddətinin uzadılması məsələsi müzakirə edilib. Şuranın qərarı ilə "Avropa+Bakı" radiosuna musiqi radiosu kimi 6 il müddətinə yayım üçün lisenziya verilməsi haqda qərar qəbul edilib.

"Aygün TV"-yə fəaliyyət üçün xüsusi razılıq verilməsi məsələsinə isə növbəti iclaslarda baxılması qərara alınıb. Şuranın iclasında həmçinin 1 yanvar 2007-ci il tarixindən etibarən "Amerikanın səsi" və "Azadlıq" radiolarının TM 101.7 tezliyində yayımlanması barədə qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti