...

Azərbaycan MOK-un vitse-prezidenti AOK Baş Assambleyasının işində iştirak edəcək

Cəmiyyət Materials 9 Dekabr 2006 11:21 (UTC +04:00)

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Milli Olimpiya Komitəsi Baş Assambleyasının dekabrın 9-da Brüsseldə keçiriləcək iclasında iştirak edəcək.

Ç.Hüseynzadənin Trend ə verdiyi xəbərdə deyilir ki, forum çərçivəsində 2008-ci il oyunlarına hazırlıqla bağlı bir sıra məsələlər, eləcə də təşkilatın nizamnaməsinin bəzi bəndlərindəki dəyişiklərlə bağlı məsələlər müzakirə ediləcək. Həmçinin AOK-un yeni rəhbəri, bu yüksək vəzifəyə bu il sahib olmuş irlandiyalı Patrik Xikki AOK-un perspektivli inkişaf planı və bütünlüklə olimpiya hərəkatının meylləri ilə bağlı toplaşanlar qarşısında çıxış edəcək.

Həmçinin AOK-un işi gedişində 2014-cü il Qış Olimpiadası üçün namizəd-şəhərlərin nümayəndələrinin məruzəlri dinləniləcək.

Xəbər lenti

Xəbər lenti