...

Bu gün Azərbaycanın İctimai Televiziyası ilə "İlin ən yaxşı şirkəti" nüfuzlu milli mükafatının təqdimetmə mərasimi nümayiş olunacaq

Cəmiyyət Materials 9 Dekabr 2006 12:15 (UTC +04:00)

Dekabrın 9-da Bakı vaxtilə saat 23:15-də Azəbaycan İctimai Televiziyası ilə "Consulting & Business" jurnalı tərəifndən təsis edilmiş "İlin ən yaxşı şirkəti" nüfuzlu milli mükafatının təqdimetmə mərasimi nümayiş olunacaq.

Xatırladaq ki, Trend İnformasiya Agentliyi "Kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb.

Azərbaycanın sosial-iqtisadi həyatında fəal iştirak edən ölkənin aparıcı şirkət və müəssisələri bu mükafatın laureatları olublar.

Milli biznes-mükafata layiq görülənlər sırasında həmçinin - "Azersun Holding" ("Holdinq"), "Akkord Group" ("Sənaye-tikinti qrupu"), "Azercell Telecom" ("İlin şirkəti"), "Azerigazbank" ("Bank"), "Atəshgah" ("Sığorta), "Shirvan Oil" ("Nefthasili"), "Garadagh Sement" ("Tikinti materiallarının istehsalı"), "Baku-Castel" ("Qida şirkəti"), "ISR Plaza" ("Biznes-mərkəz"), İctimai televiziya ("Ən yaxşı teleradio şirkət"), "Nurgun Motors" ("Diler"), "Sanayecihaz" ("Sənaye istehsalatı") və başqalarının adları var.

Xəbər lenti

Xəbər lenti