...

Məhkəmə Hüquq Şurasının iclasında hakimliyə namizədlərin yazılı imtahanına hazırlıq məsələləri müzakirə olunacaq

Cəmiyyət Materials 11 Dekabr 2006 16:54 (UTC +04:00)

Məhkəmə Hüquq Şurasının dekabrın 15-nə planlaşdırılan iclasında hakimliyə namizədlərin yazılı imtahanına hazırlıq məsələləri həll olunacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası Aparatından məlumat verilib.

1 oktyabr 2006-cı il tarixdə Məhkəmə-Hüquq Şurasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciəti əsasında vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün keçirilmiş test imtahanında 608 namizəddən 308-i uğur qazanıb. Hazırda Məhkəmə Hüquq Şurası namizədlərin növbəti imtahan mərhələsinin keçirilməsi üçün tədbirlər görür. Bu imtahan inşa xarakterli olacaq. İmtahan dekabr ayının sonuna planlaşdırılsa da, imtahanın keçiriləcəyi yer hələlik müəyyən edilməyib. Bütün bu problemlər Məhkəmə Hüquq Şurasının növbəti iclasında həllini tapacaq.

Məhkəmə Hüquq Şurasının həmin iclasında bir neçə hakimin cəzalandırılması da gözlənilir.

Xəbər lenti

Xəbər lenti