...

Dekabrın 13-də Akif Muradverdiyevin apellyasiya şikayətinə dair məhkəməyə hazırlıq iclası keçiriləcək

Cəmiyyət Materials 11 Dekabr 2006 17:25 (UTC +04:00)

Dekabrın 13-də Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin apellyasiya şikayətinə dair məhkəməyə hazırlıq iclası keçiriləcək. Trend xəbər verir ki, məhkəmə iclasına hakim Qayıl Məmmədov sədrlik edəcək.

Qeyd edək ki, dövlət əmlakını mənimsəmə və israfetmədə təqsirləndirilən Akif Muradverdiyev 31 oktyabr 2006-cı il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin hökmü ilə razılaşmayaraq apellyasiya şikayəti verib.

Məlum olduğu kimi, A.Muradverdiyev 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs olunub. İstintaq vaxtı isə onun digər maliyyə cinayətləri də üzə çıxıb və həmin cinayətlər ayrıca istintaq olunaraq məhkəmə baxışına verilib. Dövlət çevrilişinə cəhdlə əlaqədar istintaq işi isə Milli Təhlükəsizlik Nazirliyində hələ davam edir və bu işlə əlaqədar istintaqa təqsirləndirilən şəxs qismində A.Muradverdiyevlə yanaşı keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, keçmiş səhiyyə naziri Əli İnsanov və bir sıra digər yüksək vəzifəli şəxslər də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti