...

Azərbaycanın Ekologiya Nazirliyi ölkə ərazisində radiasiya fonu üzrə monitorinq keçirəcək

Cəmiyyət Materials 11 Dekabr 2006 20:29 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii sərvətlər Nazirliyi ölkə ərazisində radiasiya fonu üzrə monitorinq keçirəcək. Nazirliyə istinadən Trend in verdiyi xəbərə görə, atmosferin radiasiya vəziyyətinə iki göstərici ilə nəzarət olunur - təbii radiasiya fonu və atmosfer aerozolları radioaktivliyinin ümumi betası.

Radiasiya fonu - insana ziyan vurmayan ionlaşdırılmış radiasiya səviyyəsidir. Yüksək radiasiya fonunun insan sağlamlığna təsirini diqqət altına alaraq, gündəlik monitorinq şəbəkəsi yaradılıb. Müşahidə 41 monitorinq mərkəzi tərəfindən Azərbaycanın bölgələrində keçirilir. Günəş şüalarının aktivliyindən asılı olaraq ölkə ərazisində gündəlik radiasiya fonu dəyişir. Abşeron yarımadasında bu gösətrici 6/14 mkr-s, Kiçik Qafqazda 6/13 mkr-s, Böyük Qafqazda 7/23 mkr-s, aşağı rayonlarda 4/18 mkr-s, Lənkəranda 6/16 mkr-s təşkil edir ki, bu da normal haldır. Şəki-Zaqatala, Şamaxı-Qubada 7-23 mkr/s arasında dəyişmə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyəti ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti