...

Səudiyyə Ərəbistanın mədəniyyət və informasiya nazirinin Bakıya səfəri başlanıb

Cəmiyyət Materials 12 Dekabr 2006 12:25 (UTC +04:00)

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumatda deyilir ki, Səudiyyə Əərəbistanın mədəniyyət və informasiya naziri Yyada Medeninin Bakıya səfəri başlayıb. Səfər çərçivəsində naziri 7 nəfərdən ibarət heyət müşayiət edir. Səfər Azərbaycanın mədəniyyyət və turizm naziri Əbülfəz Qarayevin dəvəti ilə həyata keçirilir. Azərbaycan Mədəniyyət və turizm nazirliyi tərəfindən hazırlanmış proqramma əsasnə, nümayəndə heyəti Azərbaycan tərəfi ilə bir sıra görüşlər keçirəcək, nazir Əbülfəz Qarayev, Azərbaycan Dövlət Televiziyası və "Azərtac" agentliyinin rəhbərliyi ilə görüşlər nəzərdə tutulub.

Qonaqlar Şirvanşahlar Sarayında, Qız qalasında, Xalçaçılıq muzeyində, Milli Kitabxanada, S.Bəhlulzadə adına sərgi salonunda keçiriləcək Rəssamlar İttifaqının 65 illik yubileyinə həsr olunmuş sərgidə, Azərbaycan Dövlət Filarmoniyasında və Opera və Balet Teatrında olacaqlar.

Bundan başqa, Yyada Medeninin Azərbaycan Dövlət Televiziyasının və "AzərTAc" agentliyinin rəhbərliyi ilə görüşü də gözlənilir. Azərbaycanın zəngin mədəniyyət və tarixi ilə tanışlıq məqsədilə onların ölkənin rayonlarına səfəri də gözlənilir.

Səudiyyə Ərəbistanı nümayəndə heyətinin səfəri dekabrın 17-nə qədər sürəcək.

Xəbər lenti

Xəbər lenti