...

Avropa Şurasının Baş katibi Azərbaycanın ANS kanalının yenidən efirdə olmasından məmnundur

Cəmiyyət Materials 12 Dekabr 2006 17:38 (UTC +04:00)

Avropa Şurasının baş katibi Terri Devis Azərbaycanın ANS kanalının yenidən efirdə olmasından məmnundur. Trend in verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının məlumatında deyilir.

"Mən teleradio verilişləri Milli şurasının ANS telekanalının lisenziyasının bərpası barədə qərarını təqdir edirəm. Azərbaycanda informasiyanın ötürülməsi sahəsində əsl azad və demokratik inkişafı təmin etməyin əsas yolu Avropa Şurasının standartlarına cavab verən qanunvericilik dərəcələrinin qəbul olunmasıdır.

Belə situasiyalarda xəbərdarlıq məqsədilə Avropa Şurası gələcəkdə veriliş fəaliyyətinin lisenziyalaşdırılmasını nizamlayan mövcud hüquqi və inzibati çərçivələrin öyrənilməsində hökumətlərə kömək etməyə hazırdır"-deyə Terri Devis bəyan edib.

Xəbər lenti

Xəbər lenti