...

Azərbaycan Ekologiya Nazirliyi əhalinin ekoloji maarifləndirilməsi üzrə işlər görür

Cəmiyyət Materials 13 Dekabr 2006 14:44 (UTC +04:00)

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalinin ekoloji maarifləndirilməsi üzrə işlər görür. Trend xəbər verir ki, bu gün dövlət qurumu nazirliyin departament başçılarının iştirakı ilə tədbir keçirib.

Tədbirin əsas məqsədi - dövlət başçısı İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edlmiş Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planına əsasən 12 mövzuda hazırlanmış plakatların təqdim edilməsidir.

Plakatlarda Azərbaycanın təbii landşaftı, meşə və təbiət abidələrinin mühafizəsi üzrə məlumatlar əks olunub.

Hazırlanmış plakatlar təhsil və dövlət müəssisələri arasında yayılacaq.

Xəbər lenti

Xəbər lenti