...

Dövlət orqanlarının mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə toplantı keçiriləcək

Cəmiyyət Materials 13 Dekabr 2006 16:43 (UTC +04:00)

Sabah - dekabrın 14-də saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində Zərdabi Mətbuat Mərkəzinin təşəbbüsü ilə "İlk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları" mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə Trend ə Zərdabi Mətbuat Mərkəzindən (ZMM) məlumat verilib.

Tədbir Mərkəzin ilk mənbədən informasiya alınmasına dair həyata keçirdiyi layihənin dörd aylıq yekunları ilə bağlıdır və hesabat xarakteri daşıyır. ZMM-in sədri İbrahim Məmmədli bildirib ki, layihə çərçivəsində ilk dəyirmi masa bu il sentyabrın 28-də baş tutub. "Həmin tədbirin nəticələrindən məlum oldu ki, jurnalistlər Xarici İşlər Nazirliyini ilk mənbə rolunda çıxış edən ən başlıca dövlət qurumu kimi qəbul edirlər. Əlbəttə, bu göstərici üzrə orta və kafi nəticə göstərənlər də var idi. Ona görə də biz qərara aldıq ki, növəti belə tədbiri dövlət orqanları, aparıcı qurum və təşkilatların mətbuatla işə məsul şəxslərinin iştirakı ilə keçirək, onların ilk mənbədən informasiya alınmasına dair fikir və təklifləri ilə tanış olaq".

İ.Məmmədli tədbirə hazırlıq çərçivəsində aparıcı təşkilatlara, habelə dövlət orqanlarına sorğu anketlərinin paylanıldığını bildirib. Onun sözlərinə görə, 50 sorğu anketindən 46-na cavab alınıb. ZMM sədri əksər mətbuat xidmətlərinin tədbirdə iştirak etməyə razılıq verdiklərini deyib. "Baş Prokurorluğun, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm, Təhsil, Xarici İşlər Nazirliklərinin, eləcə də digər dövlət qurumlarının media ilə iş üzrə məsul şəxsləri tədbirə qatılacaqlar. Dəyirmi masada Baş Prokurorluğun mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr təcrübəsinə, müasir şəraitdə mətbuat xidmətlərinin roluna, informasiya azadlığının gerçəkləşməsində informasiya texnologiyalarının roluna dair məruzələr dinləniləcək".

Xəbər lenti

Xəbər lenti