...

Ombudsman aparatı YUNİSEF-lə birgə Bərdədə uşaq hüquqları ilə bağlı təlim kursları keçirir

Cəmiyyət Materials 13 Dekabr 2006 18:16 (UTC +04:00)

Ombudsman aparatı YUNİSEF-lə birgə Bərdədə uşaq hüquqlarının müdafiəsi mexanizmi üzrə 3 günlük təlim kursları keçirilib. Trend in bölgə müxbiri xəbər verir ki, layihənin təşkilatçıları Ombudsman aparatının sektor müdiri, YUNİSEF-lə əlaqələndiricisi Muner Məmmədov Valideyn Müəllim Assosiyasiyasının rəhbəri Təranə Şərifova, Ombudsman aparatının şöbə müdiri Zaur Əliyevdir.

Z.Əliyevin Trend ə verdiyi məlumata görə, təlim kurslarının əsas məqsədi Azərbaycanda uşaq hüquqlarının müdafiəsi işinin daha da təkmiləşdirilməsi və insan hüquqları sahəsində hüquqi maarifləndirmə işinin həyata keçirilməsidir. Tədbirin birinci gününün mövzusu keçirilən kursla tanışlıq, insan hüquqlarının tarixi və nəzəri əsasları, Azərbaycan Respublikasında insan hüquqlarının konstitusion prinsipləri məsələləridir. Tədbirdə rayon polis, prokurluq, məhkəmə orqanları, təhsil və səhiyyə şöbələri, icra nümayəndələri və geyri-hökümət təşkilatları iştirak edirdi.

Qeyd edək ki, bu cür tədbirlər respublikamızın digər rayonlarında da keçiriləcək və uşaq hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının insan hüquqları üzrə müvvəkili Elmira Suleymanovanın diqqət mərkəzindədir.

Xəbər lenti

Xəbər lenti