...

Nuşirəvan Məhərrəmli Avropa Şurası daimi komissiyasının Ankarada keçirilən konfransında iştirak edib

Cəmiyyət Materials 14 Dekabr 2006 14:21 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bu gün - dekabrın 14-də Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq konfransda iştirak edib. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.

Qeyd edək ki, bu gün Sərhədsiz Televiziya Konvensiyası üzrə Avropa Şurasının daimi Komissiyasının Ankarada birgünlük konfransı keçirilir. Konfransda iştirak üçün Nuşirəvan Məhərrəmlinin başçılığı ilə Azərbaycandan nümayəndə heyəti Türkiyədə səfərdədir.

Teleraio Şurasından bildirilib ki, N.Məhərrəmli səfər zamanı həmçinin Türkiyənin Anadolu Agentliyində də olub, bir sıra görüşlər keçirib.

Teleradio Şurasından həmçinin bildirilib ki, Türkiyənin Azərbaycanda yayımlanan telekanllarının fəaliyyətinin qanuniləşdiriməsinə gələn ilin əvvəlində baxılacaq. Hazırda Azərbaycanda Türkiyənin 3 telekanalı yayımlanır və gələn ilki yayım üçün lisenziya almaqdan ötrü Teleradio Şurasına müraciət etməlidirlər. Həmçinin yayımın hüquqi çərçivəyə salınması üçün dövlətlərarası müqavilə bağlanmalıdır.

N.Məhərrəmlinin Türkiyəyə səfəri dekabrın 15-də axşam başa çatacaq.

Xəbər lenti

Xəbər lenti