...

"İnter" futbol klubu heyətdə təmizlik edir

Cəmiyyət Materials 14 Dekabr 2006 15:43 (UTC +04:00)

"İnter" klubu Azərbaycan çempionatının ikinci dövrəsində altı futbolçusunun xidmətlərindən istifadə etmək istəmir.

Trend ə məlum olduğu kimi, komanda ukraynalı qolkiper Oleq Ostapenko, onun həmyerlisi Sergey Konovalov və Rumıniyadan olan Marius Şuleapadan imtina etmək qərarına gəlib. Həmçinin "İnter"dən forvard Samir Əliyev gedir, o, əsas heyətinə çox nadir hallarda düşdüyü klubla müqaviləni uzatmamaq qərarına gəlib. Həmçinin vəziyyəti dəyişməyi planlaşdıran yarımmüdafiəçi Vyaçeslav Lıçkin da klubdan gedir. Eyni zamanda verilmiş avansları doğrulda bilməyən yarımmüdafiəçi Elvin Nuriyev də "İnter"i daha maraqlandırmır.

Qeyd etmək lazımdır ki, milli birinciliyin birinci dövrəsini "İnter" üçüncü yerdə başa vurub və çempionatın medalına başlıca iddiaçılardan biridir.

Xəbər lenti

Xəbər lenti