...

Əlibala Əsgərov: "Gürcüstanın işsizlər ordusuna Rusiyadan deportasiya edilmiş vətəndaşları da qoşuldu"

Cəmiyyət Materials 14 Dekabr 2006 16:26 (UTC +04:00)

"Gürcüstanın işsizlər ordusuna Rusiyadan deportasiya edilmiş vətəndaşları da qoşuldu. Rusiyadan çıxarılaraq Gürcüstana qayıtmış və hazırda işsiz qalmış yetərincə adam var". Bu barədə Trend ə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının lideri Əlibala Əsgərov məlumat verib.

O, bildirib ki, Rusiyada yaşayan Gürcüstan azərbaycanlılarından qeydiyyat sənədləri olmayanları deportasiya edilib. Ə.Əsgərovun sözlərinə görə, soydaşlarımızdan viza ilə Rusiyaya gedənlərin də hamısı geri qaytarılıblar: "Ruisyada Gürcüstanla bağlı aparılan kampaniya Gürcüstan vətəndaşları olan azərbaycanlılara da eyni qaydada tətbiq edilir. Kommersiya işləri ilə məşğul olmaq üçün icazə kağızları olmayanlar da çıxarılıb. Azəraycanlıların kompakt yaşadığı Borçalı 7 rayonu əhatə edən böyük bölgədir. Bölgənin elə bir kəndi yoxdur ki, orada 5-6 ailə Rusiyadan qayıdıb gəlməsin. Gürcüstanda işsizlərin sırasına bir də Rusiyadan gələnlər əlavə olunub"-deyə Ə.Əsgərov qeyd edib.

Onun sözlərinə görə, işsizlik probleminin aradan qaldırılması üçün Gürcüstan hökuməti tərəfindən heç bir tədbir görmür: "Ancaq televiziyalar vasitəsilə vədlər verilir ki, biz Rusiyadan gələn vətəndaşlarımızı saxlayacaq, işlə təmin edəcəyik. Amma əməli surətdə heç nə yoxdur".

Xəbər lenti

Xəbər lenti