...

Peşəkar boksçular Əli İsmayılov və Luiziano Torresin döyüşü braziliyalının zədəsi üzündən təxirə salınıb

Cəmiyyət Materials 14 Dekabr 2006 16:39 (UTC +04:00)

Bakıda dekabrın 16-a təyin olunmuş peşəkar boks axşamı WBA (World boxing Association) kəməri uğrunda Əli İsmayılov və Luiziano Torresin mübarizə aparacağı professional boks axşamı təyin olunmuş vaxtda keçirilməyəcək.

İdmançının Trend ə verdiyi məlumata görə, görüşün təxirə salınmasının səbəbi cənubi amerikalının məşqlərin birində zədə almasıdır. Buna görə tədbirin təşkilatçıları, o cümlədən "Yaqupov və So" rus promouter şirkətini tədbiri yanvarın ortası, təxminən 16-18-də keçirmək niyyətindədir. "Döyüşün təxirə salınması hətta yaxşıdır, mən on iki raundlu təkbətək ağır döyüşə hazırlaşmaq üçün daha çox vaxt qazanıram. Amma çoxdan gözlənilən döyüşün yanvarda baş tutacağı şübhəsizdir"- deyə A. İsmayılov qeyd edib.

Xəbər lenti

Xəbər lenti