...

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Torontoda konsert keçiriləcək

Cəmiyyət Materials 14 Dekabr 2006 18:54 (UTC +04:00)

Kanada Azərbaycan Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Torontoda konsert keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Konsert Torontonun York-Iuds teatrında olacaq. Konsertdə İsmayıl Hacıyevin rəhbərlik etdiyi "İpək yolu" kamera orkestrinin ifasında Azərbaycan Respublikasının himni, Üzeyir Hacıbəyovun "Koroğlu" operasından uvertüra, Qara Qarayevin, Cövdət Hacıyevin əsərləri, muğam üçlüyünün ifasında "Qarabağ şikəstəsi", xalq mahnıları səslənəcək. Konsert proqramında Türkiyənin və digər ölkələrin Kanadadakı diaspor təşkilatlarını təmsil edən musiqiçilərin də çıxışları nəzərdə tutulub. Torontoda keçiriləcək Azərbaycan gecəsində Kanada hökuməti nazirləri, parlament nümayəndələri və digər yüksək vəzifəli şəxslərin, habelə Azərbaycan səfirliyi əməkdaşlarının da iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti