...

"Ezaçibaşi" voleybol klubu Çempionlar liqası matçını keçirmək üçün Bakıya gəlir

Cəmiyyət Materials 18 Dekabr 2006 12:05 (UTC +04:00)

"Ezaçibaşi" qadın voleybol klubu Bakıya gəlir, dekabrın 19-da onlar "AzərReyl"ə qarşı Çempionlar Liqasının qrup mərhələsində dördüncü turun görüşünü keçirəcəklər.

Trend xəbər verir ki, bir həftə öncə komandaların İstanbul görüşü zamanı ev sahibləri 0:3 hesabı ilə "AzərReyl"ə məğlub olub. Hazırda onlar "AzərReyl"dən geri qalaraq cədvəldə üçüncü yerdə durub, ona görə onlar Fiq Qarayevin yetirmələrini mütləq məğlub etmək niyyətindədirlər. Amma bu asan olmayacaq, belə ki, "Ezaçibaşi" əvvəllər heç bir rəsmi görüşdə azərbaycanlı voleybolçuları məğlub edə bilməyiblər.

Qeyd edilməlidir ki, "S" qrupunun lideri Pesarodan olan "Skavolini" İtaliya komandasıdır, onlar hələ bir dəfə də olsun məğlub olmayıb və mahiyyətcə artıq "pley-off"da özlərinin yerini təmin ediblər.

Xəbər lenti

Xəbər lenti