...

Cavad Derəxti: "Dünya Azərbaycanlıları Konqresi Ukraynada dövlət qeydiyyatına alınıb"

Cəmiyyət Materials 18 Dekabr 2006 13:49 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) Ukraynada dövlət qeydiyyatından keçib. Bu barədə Trend ə DAK-ın sədri Cavad Derəxti məlumat verib.

O bildirib ki, təşkilat Güney Azərbaycan milli hökumətinin yaradılmasının ( 21 Azər Hərəkatı) 61-ci ildönümü ərəfəsində Kiyevdə dövlət qeydiyyatına alınıb. C.Derəxti onu da deyib ki, gələn ilin əvvəlində DAK-ın Ukraynada böyük bir tədbiri keçiriləcək. Ukraynadakı Azərbaycan diasporu ilə birgə keçirilək konfrans Azərbaycanın ümummilli problemlərinə - topraqlarımızın işğalı, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsinə, həmçinin müxtəlif ölkələrdəki diasporlarımız arasında əməkdaşlığa həsr olunacaq.

C.Derəxtinin bildirdiyinə görə, DAK-ın Ukrayna nümayəndəsi Oqtay Rüstəmov tədbirə hazırlıq işləri görür.

Xatırladaq ki, indiyədək 6 dəfə qurultayı keçirilmiş DAK-ın dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir. İrandan mühacir olan Cavad Derəxtinin sədrlik etdiyi təşkilat Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti