...

Azərbaycanın Səhiyyə Nazirliyi qida məhsulları üzrə reydlər keçirir

Cəmiyyət Materials 18 Dekabr 2006 17:24 (UTC +04:00)

Noyabrın 20-dən 30-dək Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi laborator araşdırmaları aparıb. Trend mərkəzə istinadən xəbər verir ki, fiziki-kimyəvi göstəricilərinə görə 30 süd məhsulu, 2 un məhsulu, 7 spirtsiz içki, 9 kolbasa məmulatı, 29 konserv, 2 balıq məhsulu, 18 digər, mikrobioloji göstəricilərinə görə 40 süd, 1 pivə, 30 konserv, 1 qənnadı, 1 pivə, 12 kolbasa məmulatı, toksikoloji göstəricilərinə görə 39, radioloji göstəricilərinə görə isə 30 ərzaq məhsulu nümunəsi yoxlanılıb.

Yoxlamaların yekununda aydın olub ki, 2 nümunə fiziki-kimyəvi göstəricilərə cavab vermir.

74 ərzaq növünün gigiyenik sertifikatlaşdırılması təmin olunub.

Ərzaq məhsullarının istehsalı, saxlanması, daşınması, satışı zamanı sanitariya qaydalarını pozan 7 fiziki və hüquqi şəxs cərimə olunub.

Sanitariya-gigiyena və sanitariya-texniki normalara cavab verməyən 6 obyektin fəaliyyəti müvəqqəti dayandırılıb. Obyektlər Binəqədi, Suraxanı, Yasamal və Xətai ərazilərində yerləşir.

Cari dövrdə 21 qida zəhərlənməsi hadisəsi qeydə alınıb, nəticədə 25 nəfər zərər çəkib, ölüm hadisəsi baş verməyib. Zəhərlənmələrin səbəbləri aradırılıb və zəhərlənən şəxslərə lazımi tibbi yardım göstərilib.

Xəbər lenti

Xəbər lenti