...

Azərbaycanlı çapar Camal Rəhimov Turkiyədə keçirilən turnirdə üçüncü yeri tutub

Cəmiyyət Materials 19 Dekabr 2006 11:35 (UTC +04:00)

Azərbaycanlı çapar Camal Rəhimov Turkiyədə başa çatmış beynəlxalq turnirdə üçüncü yeri tutub.

Trend ə məlum olub ki, idmançı turnir məsafəsini uğurla başa vuraraq italiyalı Aldoberdini və yarış sahibi Sencer Çondanı irəli buraxaraq üçüncü nəticə göstərib. Bu mövsümdə Avropa Çempionatının gümüş medalını qazanmış Camal üçün beynəlxalq təqvimdə bu turnir sonuncu olub. C.Rəhimov olimpiya lisenziyasına namizədlərdən biridir, ona görə gələn il lisenziyaları yarışlar üçün hazırlaşacaq və iştirak edəcək.

Qeyd edilməlidir ki, o, Belçika, Fransa, Türkiyə və digər ölkələrdə keçirilən müxtəlif turnirlərin mükafatçısı olmaqla qitənin ən perspektivli çaparlarından biri sayılır.

Xəbər lenti

Xəbər lenti