...

Avropa Birliyi Azərbaycanda mətbuat azadlığı üzrə bəyanat verib

Cəmiyyət Materials 21 Dekabr 2006 12:33 (UTC +04:00)

Avropa Birliyi demokratiya elementlərinin tərkib hissəsini təşkil edən mətbuat azadlığı prinsiplərinə böyük əhəmiyyət verir. Avropa Birliyi Azərbaycan hökümətini elə bir mühit yaratmağa çağırır ki, orada mətbuat azad, səmərəli və qorxusuz işləyə bilsin. Trend xəbər verir ki, bu barədə Avropa Birliyinin Azərbaycanda azad mətbuatla bağlı vəziyyət üzrə verdiyi bəyanatda qeyd olunub.

Avropa Birliyi Milli Teleradio Şurasının ANC-in yayımının bərpa olunması haqqında qərarını dəstəkləyir, lisenziya məsələsinin müzakirədə olmasını müsbət addım kimi qiymətləndirir. AB güclü və azad mətbuatın Azərbaycanda çiçəklənə bilməsi üçün nizamlanmanın vaxtı keçmiş məsələlərinin baxılması zərurətini vurğulayır.

Bəyanatda qeyd olunub ki, Avropa Birliyi Azərbaycanda azad mətbuatla bağlı vəziyyətə nəzarət etməkdə davam edəcək.

Xəbər lenti

Xəbər lenti