...

"Belçika-Azərbaycan Evi"nin rəhbəri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb

Cəmiyyət Materials 21 Dekabr 2006 18:05 (UTC +04:00)

Bakıda səfərdə olan "Belçika-Azərbaycan Evi"nin rəhbəri Bülənt Gürcam Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb. Bu barədə Trend ə B.Gürcam məlumat verib.

Görüşdə "Belçika-Azərbaycan evi" ilə Dövlət Komitəsinin əməkdaşlığı, gələn il Avropada Azərbaycan diasporu ilə bağlı təşkil olunacaq tədirlər, həmçinin Brüsseldə keçirilməsi nəzərdə tutulan "Azərbaycan günləri" ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan diasporunun təşkilatlanması, fəaliyyətini gücləndirməsi istiqamətində görülməsi zəruri olan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

B.Gürcam həmçinin Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclisinin sədri, millət vəkili Sabir Rüstəmxanlı, DAK-ın digər nümayəndəsi Tənzilə Rüstəmxanlı, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının katibi Şahin Salıyevlə də görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti