...

Nazir: "Hilton", "Şeroton", "Meridian" Azərbaycanda otel açmağı planlaşdırır

Cəmiyyət Materials 22 Dekabr 2006 18:17 (UTC +04:00)

"Hilton", "Şeroton", "Meridian" kimi dünya şöhrətli otel şəbəkələrinin Azərbaycana gəlişi gözlənilir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Nazir qeyd edib ki, bütün bu otellər artıq Azərbaycandakı investisiya mühiti və investisiya yatırımının perspektivləri ilə maraqlanırlar. Ə.Qarayevin sözlərinə görə, bu gün Azərbaycanda mehmanxana biznesində tanınan "Hyat", "Radisson" və "Park İn" kimi dünya şöhrətli şirkətlər uğurla işləyirlər. Nazir hesab edir ki, başqa tanınmış şirkətlərin gəlişi isə bu sahənin inkişafına daha da təsir göstərəcək.

Nazir qeyd edib ki, CNN kanalından sonra daha iki dünya kanalı - "Əl Cəzirə" və "Evronyus" Azəbaycanın turizm imkanları barədə reklam roliklərini nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti