...

Ramil Səfərovun hüquqlarını müdafiə üzrə Koordinasiya Şurasının nümayəndəsi zabitin məhkəməsində iştirak edəcək

Cəmiyyət Materials 22 Dekabr 2006 18:39 (UTC +04:00)

Macarıstanda erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə günahkar bilinərək ömürlük azadlıqdan məhrum olunmuş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Ramil Səfərovun hüquqlarını müdafiə üzrə Koordinasiya Şurasının nümayəndəsi zabitin məhkəməsində iştirak edəcək. Trend xəbər verir ki, Koordinasiya Şurasının üzvü, millət vəkili Azay Quliyev jurnalistlərlə söhbəti zamanı belə deyib.

"Azərbaycan tərəfi Ramil Səfərovun müdafiəsini öz üzərinə götürüb, onu yüksək səviyyədə təşkil etməlidir. Ona görə də aprel ayında keçiriləcək apellyasiya məhkəməsi bizim üçün çox böyük prinsipal xarakter daşıyır. Koordinasiya Şurasının mövqeyi ondan ibarətdir ki, Ramil Səfərovun müdafiəsi bütün parametrlər üzrə təşkil olunmalıdır. Ötən dəfəki kimi müdafiədə olan boşluqlara görə sonradan peşmançılıq çəkməyək."

Azay Quliyev vurğulayıb ki, müdafiənin təşkili istiqamətində iş gedir və müəyyən problemlər də var.

Qeyd edək ki, Macarıstan məhkəməsi 2006-cı ilin aprael ayında R.Səfərovu ömürlük həbs cəzasına məhkum edib və aprel ayında zabitimizin vəkilinin bu hökümdən verdiyi apellyasiya şikayətinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti