...

Azərbaycan jurnalistlərinin dördüncü qurultayı işinə başlayıb

Cəmiyyət Materials 23 Dekabr 2006 11:40 (UTC +04:00)

Dekabrın 23-də Dənizçilərin Bakı mədəniyyət evində Azərbaycan jurnalistlərinin dördüncü qurultayı öz işinə başlayıb. Trend in verdiyi xəbərə görə, qurultayın açılışında idarə üzvləri, həmçinin mandat, hesabat komissiyası və katiblik seçilib. Qurultayın iş planına görə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edəcək, Azərbaycan mətbuat şurasının nəzarət-təftiş komissiyasının sədri İbrahim Məmmədovun hesabatı dinlənəcək və bundan sonra çıxışlar və müzakirələr başlanacaq.

Gündüz fasilədən sonra müzakirələr davam edəcək və bundan da sonra Azərbaycan jurnalistlərinin dördüncü qurultayının qətnaməsi müzakirə və qəbul ediləcək.

Öz çxışının əvvəlində Azərbaycan mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib ki, üçüncü qurultaydan sonrakı dövr ərzində Azərbaycan jurnalistikası keyfiyyətə sarı mərhələ keçib.

Xəbər lenti

Xəbər lenti