...

Bakıda "Azərbaycan qanunvericiliyində insan haqları: reallıqlar və perspektivlər" konfransı keçirilib

Cəmiyyət Materials 23 Dekabr 2006 14:48 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin insan haqları daimi komissiyası tərəfindən təşkil olunmuş konfrans "Azərbaycan qanunvericiliyində insan haqları: reallıqlar və perspektivlər" adlanır. Bu barədə Trend xəbər verir.

Konfransın Azərbaycanın bu problemlə məşğul olan müxtəlif nazirliklərinin və idarələrinin rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə insan haqları üzrə qanunvericiliyin beynəlxalq qanun və prinsiplərə unifikasiya olunmasını qeyd ediblər. Azərbaycan Milli Məclisi komissiyasının sədri Rəbiyyət Aslanova ölkə daxilində vətəndaşların hüquqlarının əsas pozuntusu onların evlərindən məhrum edilməsidir. Onun sözlərinə görə, Azərbaycanın 1 milyondan artıq vətəndaşı belə vəziyyətdədir.

Konfrans iştiakçıları vətəndaşların öz hüquqları barədə maariflənməsinin, dövlət strukturlarının vətəndaş hüquqlarının müdafiəsi sahəsində fəaliyyət səviyyəsinin artırılmasını, vətəndaş hüquqlarının əsası kimi ölkənin Konstitusiyasına riayət olunmasının vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti