...

Hakimliyə namizədlər yazılı imtahan verirlər

Cəmiyyət Materials 25 Dekabr 2006 12:52 (UTC +04:00)

Dekabrın 25-də Azərbaycanın məhkəmə orqanlarında vakant hakim yerəlinə namizədlərin yazılı imtahanı başlayıb. Trend xəbər verir ki, imtahan Bakı İdman Sarayında keçirilir.

İmtahanda 307 namizəd iştirak edir. Onlar 2006-cı ilin oktyabr ayında imtahanın birinci fazasında - test mərhələsində müvəffəqiyyət qazanmış və yazılı imtahan fazasına vəsiqə qazanmış şəxslərdir.

Yazılı imtahanın sualları Hakimlərin Seçki Komitəsi tərəfindən təqdim olunub. Suallar cinayət, cinayət prosessual, mülki, mülki prosessual qanunvericiliyini əhatə edir.

İmtahanı Ədliyyə Nazirliyinin, yerli və beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə edir.

İmtahanın nəticələri 2007-ci ilin yanvar ayında bəlli olacaq. Belə ki, namizədlərin yazdıqları inşalar Hakimlərin Seçki Komitəsi və ekspert qrupu tərəfindən yoxlanıldıqdan sonra həmin namizədlərdən kimlərin üçüncü mərhələyə keçəcəyi müəyyən ediləcək. Üçüncü mərhələ şifahi imtahandan ibarət olacaq.

Xəbər lenti

Xəbər lenti