...

Bütün azərbaycanlı zəvvarlar artıq Səudiyyə Ərəbistanındadır

Cəmiyyət Materials 25 Dekabr 2006 17:02 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend ə verilən xəbərdə deyilir ki, bütün azərbaycanlı zəvvarlar artıq Səudiyyə Ərəbistanındadırlar.

Azərbaycanlı zəvvarları daşıyan sonuncu təyyarə dünən Səudiyyə Ərəbistanına yola düşüb. QMİ nümayəndəsinin sözlərinə görə, avtobusda ziyarətə yollanmış zəvvarlar hazırda Mədinədədirlər, müsəlman dünyasının müqəddəs yerlərini ziyarət edirlər, bir neçə gün sonra isə Məkkəyə yola düşəcəklər. Təyyarə ilə Həcc ziyarətinə yollanmış zəvvarlar isə artıq bir neçə gündür ki, Məkkədədirlər və dini ayinləri yerinə yetirirlər.

İdarədən bildiriblər ki, bütün zəvvarlar sağ və salamatdırlar və müqəddəs mərasimə hazırlaşırlar.

Xatırladaq ki, bu il Həcc ziyarətini 4500 Azərbaycan vətəndaşı həyata keçirir, təxminən 700 yer ziyarəti təşkil etmək üçün lisenziyaya malik özəl turist şirkətlərinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti